Goranboy və Bərdə kəndləri təbii qazla təchiz olunacaq

Goranboy və Bərdə kəndləri təbii qazla təchiz olunacaq

7 May 2011 16:04
Bəyəndim (0) Bəyənmədim (0)


ARDNŞ-nin mətbuat xidmətindən verilən məlumata görə, ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyi son vaxtlar regionlarda kənd və qəsəbələrin təbii qazla təmin edilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Bu tədbirlər 2011-ci ilin 1-ci rübü ərzində daha da genişləndirilmişdir. Cəbhəyanı bölgələrin mavi yanacaqla təmin olunması "Azəriqaz" İB-nin qarşısında duran ən aktual məsələlərdəndir. Belə ki, bu günə kimi Gədəbəy rayonunun Düzrəsullu və Yeni Saratovka kəndlərinin qazlaşdırılması üçün 13,3 km qaz xətti çəkilmiş, 577 ədəd sayğac quraşdırılmışdır. Tovuz rayonunun Əlimərdanlı kəndinin qaz təchizatının təmin edilməsi üçün 1,6 km, Füzuli rayonunun qazlaşdırılması üçün 11,5 km qaz xətti çəkilmiş, 500 ədəd qaz sayğacı quraşdırılmışdır. Ağdam rayonunun Dördyol-1, Dördyol-2 qəsəbələrinin, bir neçə kəndinin qazlaşdırılması işləri aparılmış, son iki ildə 236,1 km qaz xətti çəkilmişdir. Bu işlərin davamı olaraq Goranboy rayonunun Veysəlli və Meşəli kəndlərinin qaz təchizatı istiqamətində görülən işlər başa çatdırılmışdır. Mayın 7-də kəndlərə təbii qazın verilməsi ilə əlaqədar təntənəli tədbir keçirilmişdir. Tədbirdə ARDNŞ-nin "Azəriqaz" İB-nin və Goranboy rayonunun rəhbərliyi, ictimaiyyət nümayəndələri və kənd ağsaqqalları iştirak etmişlər. Qeyd olunmuşdur ki, ötən müddət ərzində Veysəlli kəndinin qaz təchizatının bərpası məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 32000 metr olan müxtəlif diametrli polietilen, 6000 metr isə metal borularla qaz xətləri çəkilmiş, 480 ədəd qaz sayğacı quraşdırılmışdır. Elə həmin gün rayonun sərhəd kəndlərindən olan Meşəli kəndinə də ilk dəfə olaraq mavi yanacağın verilişi münasibətilə də mərasim keçirilmişdir. Mərasimdə bildirilmişdir ki, Meşəli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 7.5 km müxtəlif diametrli polietilen, 2600 metr uzunluğunda isə metal borularla qaz xətti çəkilmiş, 100 ədəd sayğac quraşdırılmışdır. Mayın 7-də Bərdə rayonunun Həsənqaya və Saatlı kəndlərinin də təbii qaz təchizatının bərpası münasibətilə tədbir keçirilmişdir. Qeyd olunmuşdur ki, birpilləli sistem əsasında 313 abonenti olan Həsənqaya kəndinin qazla təmin olunması üçün 12000 metr, 133 abonenti olan Saatlı kəndinin mavi yanacaqla təmin olunması üçün isə 7239 metr polietilen boru xətti çəkib istifadəyə verilmişdir. Keçirilən mərasimlərdə kənd ağsaqqalları və ziyalılar çıxış edərək uzun müddətdən sonra adı çəkilən kəndlərin "mavi yanacaq"la təchiz olunmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.


Sərhədyanı qazın istisi kəndlilərimizi qızdırdığı kimi tüstüsü ermənilərin gözünü çıxaracaq...

Könül Aypara

5

O.M.