Bu ölkədə qadınlar hələ də sünnət edilir

Bu ölkədə qadınlar hələ də sünnət edilir

7 May 2011 15:46
Bəyəndim (0) Bəyənmədim (0)
Tarix: 2011

Dünyanın hər bölgəsində qadınların zorakılığa məruz qaldığı bir danılmaz gerçəkdir. Ancaq bəzi ölkələrdə elə hadisələr yaşanır ki, buna Şeytan əməli belə deməyə insanın dili gəlmir.


Cənubi Asiya ölkələrindən biri - Banqladeşdə qadınlar hələ üzlərinə sulfat turşusu atılaraq cəzalandırılır. "Ya mənimsən, ya da heç kimin" - məntiqi ilə ölkə daxilində bu üsulla həyatları qaraLdılan qadınların sayı çoxdur. Təəssüf ki, say minlərlə ifadə edilir.

Kamboca xalqı Pol-Pot rejimində çox acılar çəkdi. Yüz minlərlə qadın-kişi iş düşərgələrində ölümünə işlədildi. On minlərlə qadının qucağından uşağı alınaraq həbslərə göndərildi. 3 milyon insan ağlasığmaz işgəncələr nəticəsində rejim tərəfindən öldürüldü. Ölkə indi kasıbdır. Milyonlarla insan düyü ərazilərində işləyərək pul qazanmağa çalışır. Bu zaman ən əhəmiyyətli işçilər qadın və uşaqlardır. Onlar gündəliyi bir dollara səhərdən axşama qədər düyü ərazilərində oraq işlədirlər.

Sudan - Darfurda düşmənlərin hücumlarından qaçan 3 milyon qadın, uşaq və yaşlı insan Diyaladakı qaçqın düşərgələrində yaşayır. Döyüş 8-ci ilini doldurarkən, qaçqın sayı da hər gün bir az daha artır. Əziyyəti yenə qadınlar çəkir. Çünki onlar uşaqlarını böyütmək, qorumaq və qarnını doydurmaq məcburiyyətindədirlər.

Efiopiya yüzlərlə qəbilədən yaranmış bir ölkədir. Burada qəbilələrin təsiri olduqca böyükdür. Maraqlısı budur ki, dünyanın çox ölkəsində ənənələr daha çox qadınlar üzərindən tətbiq olunur. Efiopiyanın böyük hissəsində qadınlar hələ də sünnət edilir. Qız uşaqları sünnət edilərkən onların bütün qadınlıq duyğuları əlindən alınır. Məqsəd birdir - kişinin onu yaxına buraxması və onu yalnız uşaq doğan bir maşın halına çevirmək!

Sonra da deyirlər, qadın dünyanın ən zərif məxluqudur. Əslində, qadın dünyanın ən dözümlü, ən güclü insanıdır. Sadalanan hadisələr bir yana, kişilər bircə dəfə dünyaya uşaq gətirsələr, bunun nə demək olduğunu anlaya bilərlər.

Günel Həbib

O.M.