2050-də hamı böcək yeyəcək

2050-də hamı böcək yeyəcək

5 Aprel 2011 10:56
Bəyəndim (0) Bəyənmədim (0)
İllər sonra ət problemi yaranacaq

Birləşmiş Millətlər Təşkilatının təxminlərinə görə, 2050-ci ildə dünya əhalisinin sayı 9 milyarda çatmış olacaq. Bu əhaliyə kifayət etməyən qida istehsalında ən böyük problemlərdən biri isə ət olacaq

Problemin həlli yolunu axtaran hollandiyalı tədqiqatçılarsa çözüm tapıblar: ət yerinə böcək yemək! WAGENINGEN Universitetinin professoru Marsel Dik dünyanın müxtəlif yerlərində cəmi min böcək növünün yeyildiyini söyləyir. Bundan başqa, o, Qərb əhalisinin də böcək yemə fikrinə alışması lazım olduğunu bildirir. Çünki 2020-ci ildən etibarən böcəyin Qərb mətbəxinin də vazkeçilməz bir hissəsi olacağını deyir. Yaxşı, bəs görəsən, ətsevərləri böcək yeməklərindən razı salacaq nə hazırlamaq olar? O, Dik kürünü, böcək qızartmasını, sousunu və s.-ni məsləhət görür.

Avropa ölkələrində böcək yeməklə əlaqədar tərəddüdləri olduğundan Dikin "b" variantına əl atmaqdan başqa çarəsi qalmır: "Dünyanın hər hansı bir yerində işlənmiş qida maddəsi yeyənlər onsuz da böcək yemiş olurlar. Çünki pomidorun, göyərtinin, hər hansı bir meyvənin də tərkibində böcək olur. Bunlar da bu və ya digər halda sizin mədənizin "qonağı" olurlar. Ancaq bu, problem deyil. Çünki böcək artıq zülal deməkdir. Və sizin də menyunuz bu şəkildə zənginləşir".

Onu da qeyd edək ki, fərqli böcək növlərinin müxtəlif dadları olur. Böcək yeyənlər isə bu dadı fındığın dadına bənzədirlər. Hətta onu da bilin ki, qida analizləri bəzi növ böcəklərin ətinin tərkibindəki zülal nisbəti və yağ növləri etibarilə dana əti ilə müqayisəli, hətta bəzən daha da keyfiyyətli olduğunu göstərirlər.

O.M