Bu saata ölkə ərazisindəki fövqəladə vəziyyət

Bu saata ölkə ərazisindəki fövqəladə vəziyyət

7 May 2011 14:11
Bəyəndim (0) Bəyənmədim (0)


Bakı şəhəri, Xəzər rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:49-da başa çatmışdır.

Ağdam rayonu, Paşabəyli kəndində (rayon mərkəzindən 10 km aralı) ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları 80 kv.m sahədə və əşyalar qismən yanmışdır. Yanğın saat 11:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;


Bərdə şəhərində vətəndaşa məxsus evin həyətyanı sahəsində partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Nəticədə, ev sahibi və onun övladı müxtəlif dərəcəli yanıq xəsarətləri almışdır. Yaralılar xəstəxanaya aparılmışdır. İlkin ehtimala görə, həmin ərazidə məişət qaz balonu partlamışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır;

Ağcabədi şəhərində vətəndaşa məxsus həyətyanı sahənin çəpərinin 75 p.m hissəsi yanmışdır. Yaxınlıqdakı tikili yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda tibb mərkəzinin yaxınlığında içərisində partlayıcı qurğu olduğu ehtimal olunan çantanın aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin etmiş və şübhəli çantaya baxış keçirmişlər. Aparılan araşdırmalar nəticəsində həmin çantada məişət tullantılarının olduğu müəyyən edilmişdir. Əməliyyat saat 18:43-də başa çatmışdır.


Həyatımızda fövqəladə hallar qaçılmazdır. Arzu edirik ki, bu hallar fövqəl-adi sevgilərdə, fövqəl-adi xoş sürprizlərdə təzahür olunsun...

Günel Həbib

O.M.