7 mayda bəyaz sürprizlə oyandılar

7 mayda bəyaz sürprizlə oyandılar

7 May 2011 13:39
Bəyəndim (0) Bəyənmədim (0)


Türkiyənin Sivas bölgəsində səhər dan yeri söküləndən başlayan güclü qar şəhər sakinlərinə may ayında qış sürprizi yaşatdı. İllərdir may ayında qar görməyənlər xeyli təəccübləndilər. May ayının 7-də yağan qar özəlliklə çiçəklərə zərər verdi. Ancaq bunu fürsət bilənlər də tapıldı. Yerlilər fotoaparatlarını işə salıb müxtəlif rəsmlər çəkdirdilər.

Qar bölgədə hava temperaturunun aşağı düşməsinə səbəb olub. Bu cür hava şəraitinin hələ bir neçə gün də davam edəcəyi söylənilir.


Odur ki, türklərə bizdən məsləhət: fotoaparatlarını mütləq sarj etsinlər...

Günel Həbib

O.M.