Qəzadan xilas olan tapılmadı

Qəzadan xilas olan tapılmadı

7 May 2011 13:05
Bəyəndim (0) Bəyənmədim (0)
Son dəqiqə...


Bir az əvvəl sizlərə İndoneziyada bir sərnişin təyyarəsinin qəzaya uğradığını bildirmişdik.

Onu da nəzərinizə çatdıraq ki, Çin malı "MA 60" təyyarəsi qərbi Papuadakı "Kaimana" hava limanına enmək istəyərkən, anidən nasazlıq yaranıb. Və nəticədə təyyarə asfalta yox, dənizə "enib". Təyyarənin kabinəsində 25 nəfər olub. Sərnişinlər Soronq şəhərindən Kaimana şəhərinə gedirmişlər. Təəssüf ki, onlardan ünvan başına çatanı olmayıb. Çünki bu təyyarə qəzasından xilas olan yoxdur.


Qara qutular tapılan kimi həqiqət su üzünə şıxacaq...

Hafiz Əhmədov

O.M.