Usama Ben Laden kompüterinizə virus sala bilər

Usama Ben Laden kompüterinizə virus sala bilər

7 May 2011 11:40
Bəyəndim (0) Bəyənmədim (0)
Ehtiyatı əldən verməyin


Proqram firması "Eset" internet istifadəçilərini xəbərdar etdi!


Əl-Qaidə lideri Usama Ben Ladenin ölümündən sonra virtual hücumlar başladı. Bu hadisəni fürsət bilən hakerlər virus yaymaq üçün start düyməsinə basdılar. Belə ki, Usama haqda geniş yayılmış videoları izləmək üçün heç tanımadığı bir səhifəni "klikləyən" istifadəçi avtomatik olaraq kompüterinə virus yükləmiş olur. Bu şəkildə də aparat sıradan çıxır. Firmanın məsul işçisi Abrams qeyd edib ki: "Yalnız gündəlik daxil olduğunuz səhifələrə əmin olub, onlardan istifadə edə bilərsiniz. Kiminsə tövsiyəsinə görə Ben Laden haqda hər hansı bir videonu və ya şəkli izləmək olmaz".


Usama Ben Laden bu vaxta kimi real dünyanın "virusu" sayılırdı. Bu gündən sonra isə onu virtual dünyanın da "virusu" elan etməkdə fayda var.

Günel Həbib

O.M.