Bir ananın hökmranlığı balaca uşağın həyatını dəyişdi

Bir ananın hökmranlığı balaca uşağın həyatını dəyişdi

7 May 2011 11:26
Bəyəndim (0) Bəyənmədim (0)
7 yaşlı qız botoksludur


Kiçik qızların əksəriyyəti hələ analarının makiyaj vasitələri ilə oynayarkən, 7 yaşlı Bri İvans estetik mütəxəssislərinin əlinə düşdü. Qızına botoks etdirən ana böyük müzakirəyə səbəb oldu.


Hələ ibtidai məktəb şagirdi olan ingilis Bri İvans anası Şaronun istəyi ilə bıçaq altına yatıb, bir sıra estetik əməliyyat olundu. Qızının qaşlarına döymə vuran ana Bri onun dodaqlarına və üzünə də botoks etdirdi. Ananın əsas məqsədi isə qızını ünlü etməkdir. 33 yaşlı qadın aktyor Uill Smit və Jada Pinket Smitin qızları Villov kimi Brinin də böyük bir ulduz olmasının xəyalını qurur.


İngilis "The Sun" qəzetinin xüsusi xəbərinə görə, döymə sənətçisi sevgilisindən bu sənətin incəliklərini öyrənən qadın qızının qaşlarına özü "əl gəzdirib". Şaron ətrafındakıların bu olaya mənfi reaksiyalarına heç əhəmiyyət belə vermir. Əksinə, məqsədinə çatmaq - Brini məşhurlar dünyasında görmək üçün əlindən gələni əsirgəmir.
Tənqidlər üçün, "O mənim qızımdır, aldığım qərarlar heç kimi maraqlandıra bilməz" , - şəklində danışan ana, "Əgər uşağınızın məşhur olmasını istəyirsinizsə, gözəl olması üçün erkən tədbir almalısınız ", - deyir.

Brini müsabiqəyə hazırlayan qadın qızına xüsusi bir pəhriz də tətbiq edir. Beləcə, onun tezliklə arıqlamasına və müsabiqəni qazanmasına ümid bəsləyir. Bri isə anasının nə etməyə çalışdığını çox da anlamır, yalnız söylədiklərini həyata keçirir.


Bəs deyirdilər, "böyüyün sözünə baxmayan böyürə-böyürə qalar"?

Günel Həbib

O.M.