FHN-də Polşa səfiri ilə görüş oldu

FHN-də Polşa səfiri ilə görüş oldu

6 May 2011 17:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Mixal Labendanı qəbul etmişdir. "Oxumeni.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat vermişdir. O, həmçinin fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları ilə, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışmışdır. Səfir də öz növbəsində, hər iki dövlətin müvafiq qurumları arasında əməkdaşlığın dərinləşməsinin əhəmiyyətini qeyd etmişdir.


Deməli, Azərbaycan-Almaniya arasında fövqəladə hal yoxdur...

Tofiq Əliyev

O.M.