Rusiyada yanğından 6 nəfər öldü

Rusiyada yanğından 6 nəfər öldü

6 May 2011 17:06
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Samara şəhərində mağazalardan birində baş verən yanğın nəticəsində 6 nəfər ölüb. 39 nəfər isə xəsarət alıb. Onlardan 8-i xəstəxanaya yerləşdirilib. Xəsarət alanların əksəriyyəti tüstüdən zəhərləniblər. 9 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazada alovun qarşısı artıq alınıb.


Alov qısa vaxt ərzində 350 kvadrat metr sahəni əhatə edib. Binadan 86 nəfər, eləcə də mağazanın onlarla müştərisi evakuasiya edilib. 70-ə yaxın yanğınsöndürən cəlb olunub. Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir. Mağazada yanğının baş vermə səbəbi araşdırılır.


Atalar demişkən: "Alov düşdüyü yeri yandırar". Biz bu xəbəri qələmə aldıq, ancaq onların faciəsini hiss etdirə bilmədik...

Bəhram Mustafabəyli

O.M.