Meksikada cəsəd sayı artır

Meksikada cəsəd sayı artır

6 May 2011 15:34
Bəyəndim (0) Bəyənmədim (0)


Meksikanın şimalındakı Durango əyalətində kütləvi məzarlıqdan aprelin 11-dən indiyə kimi çıxan cəsədlərin sayı 146-ya çatıb. Meksikalı əsgərlərin əyalətdə apardıqları qazıntılarda sonuncu dəfə kütləvi məzarlıqdan ikisi qadın olmaqla, 25 adamın cəsədi çıxarılıb, beləcə, kütləvi məzarlıqdan çıxarılan cəsəd sayı 146-ya yüksəlib. Son dövrdə tez-tez toplu məzarlar olan Meksikada bu məzarların narkotik kartellərinin işi olduğu düşünülür. Meksika dövlət başçısı Felip Kalderonun 4 il əvvəl narkotik qaçaqçıları ilə mübarizə etmək üçün minlərlə federal təhlükəsizlik işçisini təyin etməsindən bu yana ölkədə ən az 34 min 600 nəfər həyatını itirib.


Ağ ölüm tarixə qara ləkələr salır.

Tofiq Əliyev

O.M.