Qəddafinin tibb bacısı siyasi sığınacaq istədi

Qəddafinin tibb bacısı siyasi sığınacaq istədi

6 May 2011 14:32
Bəyəndim (0) Bəyənmədim (0)


Liviya lideri Müəmmar Qəddafinin ukraynalı tibb bacısının Norveçdən siyasi sığınacaq istədiyi bildirilir. Norveç təhlükəsizlik xidməti spikeri Trond Huqubakkenin verdiyi açıqlamada Qalina Kolonitskanın hələ də Norveçdə olduğu və qaçqın bürosuna müraciət etdiyi bildirilib. Xatırladaq ki, ukraynalı tibb bacısı Qəddafiyə qarşı qiyam başlayanda-fevralda Liviyadan ayrılmışdı. Kolonitskanın ailəsinin onunla birlikdə Norveçə gəlib-gəlmədiyi bilinmir. "Wikileaks" internet saytında nəşr olunan gizli ABŞ sənədlərində, Liviya lideri Qəddafinin "sarışın və gözəl" ukraynalı tibb bacısı olmadan səyahət etməyi sevmədiyi, Qəddafi ilə 38 yaşlı tibb bacısı Qalina Kolotnitska arasında bir əlaqə olduğu iddia edilmişdi.


Yəqin tibb bacısı onun "ürəyini" müalicə edirmiş.

Tofiq Əliyev

O.M.