"Facebook"da böyük tələ

"Facebook"da böyük tələ

5 Aprel 2011 10:36
Bəyəndim (0) Bəyənmədim (0)
Yüzlərlə insan bu tələnin qurbanına çevrildi

Bazar ertəsi günü oyanan və "Facebook" səhifələrinə daxil olan istifadəçilər yeni bir tələ ilə üz-üzə gəldilər. Belə ki, "Facebook"'un "söhbət" kanalından istifadə edən istifadəçilərin qarşısına çıxan tələ əvvəl istifadəçinin "Facebook" profilinə bağlı bir yoldaşından istifadə edərək söhbət pəncərəsi açır. Və istifadəçi "hey, i just made ​​a photoshop of you" yəni "sənin fotoşoplu bir şəkilini çəkdim" - şəklində mesajla qarşılaşır. Ancaq bu mesajın dərhal sonunda bir keçid ünvanı (link) gözə çarpır. Bu ünvana tıklayan istifadəçidən tələnin yüklənməsi üçün icazə istənilir. İstifadəçi bu icazəni verdiyi andan etibarən "Facebook"dakı istifadəçinin adı, fotoşəkilləri, cinsi, yoldaş siyahısı kimi özünə aid məlumatları üçüncü bir şəxsin əlinə keçir."M86 Security Labs"ın hesabatında bu proses start götürəndən bu yana saatda 88 min nəfərdən "icazəsi alınıb" və cəmi 600 min nəfərin bu tələyə düşdüyü ortaya çıxıb.

Xəbərdarlıq: Bu tip bir mesajla qarşılaşan istifadəçilərin qətiyyən "Allow" və ya "İcazə ver" butonlarına tıklamaması gərəkdir.

O.M.