Liviya səfirliyi Türkiyədən borc istədi

Liviya səfirliyi Türkiyədən borc istədi

6 May 2011 11:47
Bəyəndim (0) Bəyənmədim (0)


Liviyanın Türkiyədəki səfirliyi bu ölkədən 3 milyon türk lirəsi (2 milyon $) borc istəyib. Bu xəbəri Türkiyə KİV-ləri Xarici İşlər Nazirliyinə istinadən yayıb. Səfirlik borcu öz məqsədləri üçün istədiyini bildirib.


Türkiyənin NTV kanalının araşdırmasında bildirilir ki, Liviyadakı məlum hadisələrlə əlaqədar səfirlik maddi cəhətdən təminatsız qalıb, hətta uzun müddətdir işçilərinə əməkhaqqı belə verə bilmir. Hələlik Türkiyə XİN-nin cavabı açıqlanmır.

Xatırladaq ki, rəsmi Ankara Liviyaya humanitar yardımlarını davam etdirəcəyi haqda bəyanatlar verməklə yanaşı, Müəmmar Qəddafinin vəzifədən getməli olduğunu hesab edir.


Allah əvvəlcə adamın ağlını alır, sonra malını, sonda isə canını...

Hafiz Əhmədov

O.M.