Hakerlər təyyarələri ələ keçirə bilərlər

Hakerlər təyyarələri ələ keçirə bilərlər

5 Aprel 2011 10:19
Bəyəndim (0) Bəyənmədim (0)
Şirkətlər ehtiyatlı olsunlar

Avstraliyalı mütəxəssislər hava yollarının - təyyarələrin kompüter dahilərinin əlinə keçə biləcəyindən söz açdılar. Çinin Hon-Konq şəhərində keçirilən Asiya-Sakit Aviasiya Təhlükəsizlik Konfransında danışan ekspertlər yeni hazırlanan kompüter proqramı sayəsində hakerlərin təyyarələri asanlıqla ələ keçirib, hətta zərər verə biləcəklərindən söz açdılar.

Avstraliyalı kiber təhlükəsizlik mütəxəssisi Tay Miller, "Artıq təyyarələrin nəzarəti təkcə filmlərdə ələ keçirilməyəcək. İnkişaf edən yeni sistemlər sayəsində bütün bunlar reallığa çevrilir. İş o yerə çatıb ki, kompüter vasitəsilə təyyarənin benzinini boşaltmaq mümkündür".

Konfransdakı son xəbərdarlıq isə bu oldu: "Hava yolları şirkətləri işçilərinə nəzarət etməlidirlər. Çünki hakerlər onlar sayəsində məlumat toplayırlar".

O.M.