Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmuşlar

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmuşlar

6 May 2011 11:33
Bəyəndim (0) Bəyənmədim (0)


Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 5-də saat 23.50-dən 23.55-dək Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Ağstafa rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar. Düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.


Bizim cavabın qarşısında həmişə vergüllər olduğu üçün hər gün atəşkəs pozulur. Bu vergülü mütləq nida ilə əvəz etməliyik...

Tofiq Əliyev

O.M.