30 iyul Beynəlxalq Dostluq Günü elan edilib

30 iyul Beynəlxalq Dostluq Günü elan edilib

6 May 2011 11:16
Bəyəndim (0) Bəyənmədim (0)


BMT-nin Baş Məclisi Paraqvayın təşəbbüsü ilə iyulun 30-nu Beynəlxalq Dostluq Günü elan etmişdir. Baş Məclis qurumun üzvü olan ölkələrə bu nəcib təşəbbüsü fəal təbliğ etməyi tövsiyə etmişdir. Baş Məclis bu münasibətlə yekdilliklə qəbul edilmiş qətnamədə bütün dünya insanlarının ən nəcib və misilsiz hisslərinin təzahürü olan dostluğun aktuallığını və böyük əhəmiyyətini vurğulamışdır. Xalqlar, ölkələr, mədəniyyətlər və ayrı-ayrı şəxslər arasında dostluğun sülhün təmin olunması uğrunda səylər göstərməyə ruhlandıra biləcəyini nəzərə alan Baş Məclis iyulun 30-nu Beynəlxalq Dostluq Günü elan etməyi qərara almışdır. Baş Məclis qurumun üzvü olan bütün ölkələrə Beynəlxalq Dostluq Gününü öz adət-ənənələrinə uyğun, o cümlədən maarifləndirmə və ictimaiyyətin məlumatlılığını artırmaq üzrə tədbirlər vasitəsilə lazımi qaydada qeyd etməyi məsləhət görmüşdür.


Dostluğu ildə bir gün qeyd edib il boyu düşmənçilik etməkdənsə, bunun əksi olsa, yaxşıdır...

Tofiq Əliyev

O.M.