Suriyada tutulanlar sərbəst buraxıldı

Suriyada tutulanlar sərbəst buraxıldı

6 May 2011 11:09
Bəyəndim (0) Bəyənmədim (0)


ИТАР-ТАССın verdiyi məlumata görə, Suriyada kütləvi etiraz mitinqlərində tutulan 360 vətəndaş cümə axşamı günü azadlığa buraxılmışdır. Bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. Məlumatda o da bildirilir ki, buraxılan şəxslər yazdıqları izahatlarda bir daha mitinqlərdə iştirak etməyəcəklərinə söz veriblər. 15 maya qədər bu "səhvlərini etiraf edən" şəxslərin hər biri sərbəst buraxılacaq.


Xatırladaq ki, bugünkü cümə namazı ərəfəsində hakimiyyət qüvvələri təhlükəsizlik tədbirlərini xeyli artırmışlar. Onlar ibadətin kütləvi etiraz aksiyasına keçə biləcəyindən ehtiyat edirlər. Belə ki, müxalifət düşərgəsindən itaətsizlik çağırışları səngimək bilmir.


Suriya altında od yandırılmış qazana bənzəyir. Su qaynamaq üzrədir. Bu qazanın içinə Qərb hələ çox qurbanları atacaq...

Hafiz Əhmədov

O.M.