Fransa Liviyada 50 milyon avro xərclədi

Fransa Liviyada 50 milyon avro xərclədi

6 May 2011 10:40
Bəyəndim (0) Bəyənmədim (0)


ИТАР-ТАССın verdiyi xəbərə görə, ötən 7 gün ərzində Fransa Hərbi Hava qüvvələri Qəddafi güclərinin 20-dək hədəfini məhv edə bilib. Bu haqda dünən axşam saatlarında Fransa Müdafiə Nazirliyinin rəsmisi polkovnik Tyerri Berkar məlumat verib. Fransa təyyarələri Liviya səmalarında 232 uçuş həyata keçirmişlər ki, bu da ötən həftənin 216 göstəricisindən bir qədər çoxdur. Uçuşların 62-si aviakəşfiyyat xarakterli olub. Bombardmanlar zamanı 15 bronemaşın və Sirta şəhərindəki silah-sursat anbarı məhv edilib. Həmçinin Tripoli şəhərində bir komandanlıq məntəqəsi və 2 silah-sursatla, texniki ləvazimatlarla dolu gəmi göyə sovrulub.


Hücumlar əsasən Breqa və Əcdəbiyə şəhərləri arasında, habelə Misrata və Tripoli səmalarında həyata keçirilir. Fransa Müdafiə Naziri Jerar Lonqenin sözlərinə görə, parlamentin qapalı iclasında ümumən Liviya hadisələrində Fransanın hərbi xərclərinin 50 milyon avro olduğu müəyyən edilib.


Türklərin bir məsəli var: "qaz gələn yerdən toyuğu əsirgəməzlər." Bu dəfə qaz Liviyanın neft-qaz yataqları mənası verdiyi kimi, toyuq da ölən liviyalılar anlamını daşıyır...

Natiq Qocaman

O.M.