Bakıda partlayış baş verib

Bakıda partlayış baş verib

6 May 2011 10:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzildə partlayış baş vermişdir. Yanğın olmasa da, nəticədə, mənzilin otaqlarının və mətbəxinin pəncərə şüşələri qırılmış, dəhlizin lambirdən ibarət tavanı dağılmış, hadisə zamanı həmin mənzildə təmir işləri aparan 4 nəfər xəsarət almışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər həmin binaya daxil olan qaz və elektrik xətlərini şəbəkədən ayırmış və müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Bəzən terrorçunun edə bilmədiyini özümüz eləyirik...

Tofiq Əliyev

O.M.