Bu saata olan ən son hadisələr

Bu saata olan ən son hadisələr

6 May 2011 09:35
Bəyəndim (0) Bəyənmədim (0)
Reutersin qısa xəbərləri


Bu saata olan ən son hadisələr Reutersin qısa təqdimatında:


Pakistan - Dünən Pakistan ordusu ABŞ-a ultimatum göndərdi. Buna səbəb ABŞ-ın Usama Ben Ladenə qarşı təkbaşına əməliyyat həyata keçirməsidir. Belə ki, həmkarlarının özbaşınalığı davam edərsə, Pakistan rəsmiləri antiterror əməliyyatlarında iştirak etməyəcəklərini bildiriblər.


Vaşinqton - Usama Ben Ladenin qətlində iştirak edən yüksək rütbəli ABŞ hərbçilərindən biri etiraf etdi ki, RAİD əməliyyatının qarşıya qoyduğu 4 hədəfdən yalnız biri məhv edildi.


Suriya - Ordu cümə namazında arta biləcək etiraz dalğalarının qarşısını almaq üçün ölkənin mərkəzinə və sahil bölgələrinə yeridilir.


Mərakeş - Turistik şəhər Mərakeşdə ötən həftə törədilən partlayışda 16 nəfərin ölümünə səbəb olan 3 terrorçu dünən axşam həbsə alınıb. Onların Əl-Qaidə ilə yaxınlığı müəyyən edilib.

Pakistan - Cümə günü naməlum silahlılar ölkənin cənub-qərbindəki Kvetta şəhərində dinc əhaliyə atəş açmışlar ki, nəticədə 8 şiə ölmüş, 10-u ağır yaralanmışdır.


Braziliya - Ölkənin Federal Ali Məhkəməsi cümə axşamı günü homoseksualistlərin izdivacına icazə verən qərar çıxarıb.



Liviya - NATO ölkənin qərbində Qəddafi qüvvələrinə sarsıdıcı zərbə endirdikdən sonra üsyançılara Qərbdən və Ərəb ölkələrindən gələn maliyyə dəstəyi xeyli artmışdır.


ABŞ - Hərbi Dəniz piyadaları yüksək korpusunun generalı Usama ben Ladenin ölümündən sonra Əfqan mücahidlərinin sarsılacağını iddia edir.


Fil dişi Sahilləri - Ölkənin Konstitusiya Şurası sonuncu prezident seçkilərinin nəticələrini təsdiq etdi.


İsrail - Baş nazir Netanyahu cümə axşamı günü Parisdə olarkən "Həmas" təşkilatından fələstinlilərlə görüşə qədər onların İsrailə qarşı mövqelərini müəyyən etmələrini istəyib.

O.M.