Milli Məclisdə püşkatma mərasimi keçirilmişdir

Milli Məclisdə püşkatma mərasimi keçirilmişdir

5 May 2011 17:59
Bəyəndim (0) Bəyənmədim (0)


Milli Məclisdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Parlament kuboku-2011" futbol turnirinin püşkatma mərasimi keçirilib. Parlament Aparatının beynəlxalq münasibətlər şöbəsinin protokol sektorunun müdiri İlkin Məmmədov Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan danıb. Bildirilmişdir ki, Milli Məclisin sədri Oqtay Əsədovun təşəbbüsü və köməyi sayəsində artıq ikinci dəfədir ki, dövlət orqanları arasında futbol yarışı təşkil olunur. Bu turnir dövlət orqanları arasında dostluq əlaqələrinin möhkəmlənməsinə və sağlam idman rəqabəti yaratmağa xidmət edir. Sonra püşkatma keçirilmişdir. Məlum olmuşdur ki, ilk görüş mayın 11-də Bakı Dövlət Universitetinin idman kompleksində Milli Məclisin və Konstitusiya Məhkəməsinin komandaları arasında keçiriləcəkdir. Dörd qrupda dairəvi sistem üzrə keçiriləcək yarışlarda Prezident Administrasiyası, Xarici İşlər, Vergilər, Nəqliyyat, İqtisadi İnkişaf, Ədliyyə, Səhiyyə, Rabitə və İnformasiya Texnologiyaları, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin və Ali Məhkəmənin futbol komandaları da mübarizə aparacaqlar. Mərasimdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, iştirakçı dövlət orqanlarının nümayəndələri, media təmsilçiləri iştirak etmişlər.


Kresloda çox oturmaq orqanizmə zərərlidir...

Tofiq Əliyev

O.M.