Azərbaycanlı jurnalist İranda həbs olunub

Azərbaycanlı jurnalist İranda həbs olunub

5 May 2011 17:50
Bəyəndim (0) Bəyənmədim (0)


Azərbaycanlı jurnalist Əbülfəzl Vüsali İranda həbs olunub. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mətbuat xidmətindən verilən məlumata görə, İrandakı azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Əbülfəzl Vüsali mayın 4-də saxlanılıb. Təbriz Məhkəməsinin hökmü ilə onun barəsində 6 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Ə. Vüsali "Nedaye Azərbaycan" qəzetində 2006-cı il may hadisələri ilə bağlı materialları mütəmadi işıqlandırmaqla İranda milli ayrı-seçkilik salmaqda ittiham olunur.


Nədənsə fars rəssamı azərbaycanlılar haqda karikatura çəkəndə, "şair" türkləri uzunqulaq adlandıranda, azərbaycanlılar öz ana dilində təhsil və təlim almaqdan məhrum olanda, bu, milli ayrı-seçkilik sayılmır...

Tofiq Əliyev

O.M.