Dövlət sərhədində 76 qaçaq yaxalandı

Dövlət sərhədində 76 qaçaq yaxalandı

5 May 2011 16:57
Bəyəndim (0) Bəyənmədim (0)


Cari ilin aprel ayında Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində qaçaqmalçılıq, qeyri-leqal miqrasiya, o cümlədən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan bir neçə mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib. Bülə ki, ay ərzində dövlət sərhədini pozduğuna və pozmağa cəhd göstərdiyinə görə 40 fakt qeydə alınmış və 76 nəfər saxlanılmışdır. Onlardan 54-ü Azərbaycan, 6-sı İran, 3-ü Rusiya, 2-si Gürcüstan, biri Özbəkistan vətəndaşı, 9-u isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən keçərkən 54 nəfər saxta, 3 nəfər isə özgəsinə məxsus sənədlə saxlanılmışdır. Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 124 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilmişdir.


Hesabat dövründə narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan cinayətkar qrupların zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində, dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilərkən 5,449 kiloqram narkotik vasitə tutulmuşdur. Onun da 3,132 kiloqramı kristal heroin, 2,289 kiloqramı tiryək, 23 qram həşiş, 5 qram isə marixuana təşkil etmişdir.


Vətən sərhəddən başlayır, teatr isə qarderobdan...

Tofiq Əliyev

O.M.