İki il sonra hələ də oturduğu kresloya bağlı idi

İki il sonra hələ də oturduğu kresloya bağlı idi

5 May 2011 16:02
Bəyəndim (0) Bəyənmədim (0)
3900 metr dərinlikdən çıxarılan ilk cəsəd


Dünya iki il əvvəl 228 yolçusu ilə Riodan Parisə gedən "Air France" təyyarəsinin okean üzərində itdiyi xəbəriylə sarsıldı. Qısa müddət sonra təyyarənin Atlantik okeanın üzərində qəzaya uğradığı təyin olundu, dağıntı və cəsəd axtarışları başladı. Aradan keçən iki ildə təyyarənin qalıqları aşkarlandı, okeanın dibindəki cəsədlər tapıldı. Dənizin 3900 metr altında olan cəsədlərdən ilki bu gün çıxarıldı. Böyük zəhmətlə su səthinə çıxarılan cəsədin hələ oturduğu kresloya bağlı olduğu görüldü. Ekspertlər DNT testinin köməyi ilə cəsədin şəxsiyyətini təsbit edəcəklərinə ümid bəsləyirlər. Dənizin altında mexaniki robotların köməyi ilə üç gün əvvəl təyyarənin iki qara qutusu çıxarılmışdı. Fransa dənizdən çıxarılan qara qutuların vəziyyətinin yaxşı olduğunu bildirmişdi. Tədqiqatçılar qara qutunun 1 iyun 2009-cu ildə meydana gələn qəzanın səbəbinin anlaşılmasına kömək edəcəyini düşünürlər. Qəzada biri türk - 228 adam həyatını itirib.


Qara qutu üzə çıxdı, həm su üzünə, həm də belə...

Günel Həbib

O.M.