Azərbaycanlı tələbələr "AİESEC" konfransında iştirak ediblər

Azərbaycanlı tələbələr "AİESEC" konfransında iştirak ediblər

5 May 2011 15:42
Bəyəndim (0) Bəyənmədim (0)


Estoniyada keçirilən və 50 ölkədən 250-dən çox iştirakçının qatıldığı "AİESEC" konfransında Azərbaycan gəncləri də iştirak ediblər. Azərbaycan bu konfransda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 3 tələbədən ibarət olan qrupla təmsil olunub.

Müzakirələr, seminarlar və təlimlər vasitəsi ilə gənclər öz fikir və təcrübə mübadilələri ilə bölüşüblər. Təlimlər və seminarların əsas mövzusu liderlik və menecmentlik haqda olub. Azərbaycan nümayəndələri "PwC", "DHL", "Hult", "Alcatel Lucent", "TCS", "Electrolux" və s. beynəlxalq şirkətlərlə görüşlərdə iştirak ediblər.

Daha sonra AİESEC təşkilatının ənənəvi "Global kənd" (Global Village) proqramı təşkil olunub və bu proqram çərçivəsində müxtəlif ölkələrdən olan tələbələr öz mədəniyyət və adət-ənənələrini nümayiş etdiriblər. Milli libaslar geyinmiş azərbaycanlı tələbələr öz doğma Vətənlərinin tarixi, mədəniyyəti, milli mətbəxi barədə geniş məlumat veriblər.

AİESEC gənclərin potensialını kəşf etdirən və inkişaf etdirmək istiqamətində fəaliyyət göstərən beynəlxalq təşkilatdır. Beynəlxalq təşkilatın Azərbaycandakı tərəfdaşları "Bakcell", "AG Bank", "Garant Sigorta" və "GoldenPay" şirkətləridir.


Fikir və təcrübə mübadiləsi yaxşı işdir. Bunun üçün fikri formalaşdırmaq və təcrübəni artırmaq lazımdır...

Elvin Babayev

O.M.