Rasmussen açıqlama verib

Rasmussen açıqlama verib

5 May 2011 15:24
Bəyəndim (0) Bəyənmədim (0)


Ben Ladenin öldürülməsindən sonra NATO-nun Əfqanıstan planlarında hansısa bir dəyişiklik olmayacaq. NATO baş katibi Andres Foq Rasmussen belə deyib. Rasmussen deyib ki, əl-Qaidə liderinin öldürülməsindən sonra təhlükəsizlik tədbirləri daha da artırılacaq. Rasmussen bununla bağlı açıqlamanı Brüsseldə aylıq brifinqində deyib. NATO baş katibi Ben Ladenin öldürülməsi ilə bağlı ABŞ prezidenti Barak Obamanı da təbrik edib. Əl-Qaidə lideri Üsamə Ben Ladin bazarertəsi günü Pakistanın Abbottabad şəhərində ABŞ qoşunlarının xüsusi əməliyyatı zamanı öldürülmüşdü.


Bir jurnalistin ben ladinin əməliyyat zamanı silahsız olmasına dair sualına cavabında isə Rasmussen deyib ki, əsas olan nəticə onun minlərlə insanın ölümündən məsul olması və ona qarşı əməliyyatın haqlılığıdır. Bu əməliyyatın dünya təhlükəsizliyini təhdid edən qüvvəyə qarşı təsirli olacağını gözləyirəm.


"Bu mövzudakı vahid bəyanatlarımız var və planlanan şəkildə addımlar atılacaq. Beynəlxalq terrorun millətlər və qlobal sabitlik baxımından təhdid olaraq qalmağa davam edir. NATO-nun Əfqanıstanda olmasının səbəbi açıqdır və strategiyamız dəyişməyəcək. Əfqanıstanın bir daha fanatiklər üçün təhlükəsiz liman halına düşməməyi üçün NATO və müttəfiqləri işlərinə davam edəcək".