Bakı şəhər Gənclər və İdman Baş İdarəsində qanvermə aksiyası keçirilmişdir

Bakı şəhər Gənclər və İdman Baş İdarəsində qanvermə aksiyası keçirilmişdir

5 May 2011 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) qanvermə aksiyası keçirilmişdir. Xeyriyyə tədbirində BŞGİBİ-nin rəisi Raqif Abbasov və idarənin nümayəndələri, Baş Səhiyyə İdarəsi, Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu, qeyri-hökumət təşkilatlarının əməkdaşları və Bakı Dövlət Universitetinin Tələbə- Gənclər Təşkilatının üzvləri iştirak etmişlər. Qanvermə aksiyasının keçirilməsində məqsəd 8 may- Beynəlxalq Talassemiya Günü ilə bağlı gənclərin bu xəstəliyə dair məlumatlandırılması və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara köməklik göstərməkdir.

Toplanan qan müayinədən keçirildikdən sonra ehtiyacı olan xəstələrin müalicəsində istifadə ediləcəkdir.

Tofiq Əliyev

O.M.