Bədən tərbiyəsi müəllimi meşədə özünü asdı

Bədən tərbiyəsi müəllimi meşədə özünü asdı

30 Aprel 2013 12:44
Bəyəndim (0) Bəyənmədim (0)
Onun 48 yaşı olub

Azərbaycanda orta məktəb müəllimi intihar edib. İsmayıllı Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Qalıncaq kəndində qeydə alınıb. Kənd sakini, 48 yaşlı Azad Məmmədəli oğlu Rəcəbəliyev yaşadığı kəndin yaxınlığındakı meşə massivində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Prokurorluqdan həmçinin bildirilib ki, A. Rəcəbəliyev Qalıncaq kənd orta məktəbində bədən tərbiyəsi müəllimi işləyirmiş.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.