Bakıda tank mərmiləri tapılıb

Bakıda tank mərmiləri tapılıb

5 May 2011 14:00
Bəyəndim (0) Bəyənmədim (0)


Bakı şəhəri, Binəqədi rayonunda tikinti işləri aparılan ərazidə döyüş sursatları aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verilən məlumata görə, dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qeyd olunan ərazidə qazıntı işləri aparılarkən partlamamış döyüş sursatları aşkar olunub.

Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatların istifadə üçün yararsız 2 ədəd 100 mm-lik tank mərmisi olduğu müəyyən olunub. Aşkarlanmış sursatlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Hazırda qeyd olunan əraziyə Nazirliyin mütəxəssisləri tərəfindən əlavə baxış keçirilir və müvafiq işlər görülür.


Yerli-yersiz tikintilər o qədər çoxalıb ki, tank əleyhinə mərmilərlə qarşısını almağa çalışırlar.

Hafiz Əhmədov

O.M.