Sabah 32 dərəcə isti gözləyin

Sabah 32 dərəcə isti gözləyin

30 Aprel 2013 12:33
Bəyəndim (0) Bəyənmədim (0)
Hava durumu

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Mayın 2-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14, gündüz 20-25, bəzi yerlərdə 27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 1-2-də hava əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 24-29, bəzi yerlərdə 32 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti təşkil edəcək.

O.M.