Ölkənin yarısına qazın verilməsi dayandırılır

Ölkənin yarısına qazın verilməsi dayandırılır

30 Aprel 2013 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Suraxanı, Sabunçu, Xətai, Qaradağ, Xəzər, Şamaxı, Şəki, Quba, Ağdaş, Ucar, Göyçay və Qazax rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq, bu gün 30 aprel tarixdə saat 09:00-dan saat 18:00-dək "Quba", "Ağdaş", "Şəmsabad", "Cəfərabad" Qazpaylayıcı Stansiyalarından, saat 10:00-dan 18:00-dək "Zirə-3", "Yeni Binə", "Qobustan", "Göyçay-1", "Göyçay-2", "Bolqarıstan" mini, "Lək" Qazpaylayıcı Stansiyalarından, "Qazaxbəyli" Avtomatik Qazpaylayıcı Stansiyasında, "Əskipara" Avtomatik Qazpaylayıcı Stansiyasının I çıxış xəttində, "Bahar Enerji" Əməliyyat Şirkətindən qidalanan "Əsas" magistral qaz kəmərində, saat 09:00-dan saat 19:00-dək "Dilman-Şərədil" xətti istisna olmaqla "Şamaxı" Avtomatik Qazpaylayıcı Stansiyasında, "Bahar" Qazpaylayıcı Stansiyasında "Suraxanı-2" ölçü qovşağından qidalanan "Suraxanı" qaz xəttində və "Qaraçuxur" Qazpaylayıcı Stansiyasında "Günəşli (3-cü sayğac)" orta təzyiqli qaz kəmərindən qidalanan "Əmircan-Bülbülə" qaz xəttində təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Şəki, Quba, Şamaxı, Ucar, Göyçay, rayonlarına, Xəzər rayonunun Pirallahı, Qala, Binə qəsəbələrinə, Südçülük sovxozu adlanan yaşayış massivinə, Qaradağ rayonunun Qobustan, Ələt qəsəbələrinə, Sabunçu rayonunun Maştağa qəsəbəsinə, Savalan və Daş Karxanası adlanan yaşayış sahələrinə, həmçinin Suraxanı, Xətai və Qazax rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

O.M.