Cəbhədən silah səsləri eşidilib

Cəbhədən silah səsləri eşidilib

30 Aprel 2013 10:07
475
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tərtər rayonunun işğal olunmuş Çaylı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Qaraqaşlı, Sarıcalı və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.Düşmən cavab atəşi ilə susdurulub.

O.M.