Yollara çiçək əkən 22 yaşlı fəhlə "Mercedes"ə tuş gəldi

Yollara çiçək əkən 22 yaşlı fəhlə "Mercedes"ə tuş gəldi

30 Aprel 2013 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə Bakının Binəqədi rayonu ərazisində piyada ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, Beynəlxalq Avtovağzalın yaxınlığında, Bakı-Sumqayıt yolunda Mətləb Xəlilovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçən 22 yaşlı Pərvin Orucovu vurub. Zərbənin gücündən piyada yerindəcə ölüb.Araşdırmalar zamanı müəyyən edilib ki, Pərvin Orucov həmin ərazidə fəhlə işləyirmiş. O, yolun kənarında çiçəklər əkirmiş.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.