26 iyun - Silahlı Qüvvələr Günündə ordumuz nümayiş olunacaq

26 iyun - Silahlı Qüvvələr Günündə ordumuz nümayiş olunacaq

30 Aprel 2013 09:53
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi ilə bağlı Bakıda hərbi parad keçiriləcək. Müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov bildirib.Ç.Məmmədovun sözlərinə görə, hərbi parad Silahlı Qüvvələrin yaranması günü baş tutacaq. Nazir müavini paradda Silahlı Qüvvələrin hansı növ qoşunlarının şəxsi heyətinin və texnikanın iştirak edəcəyini açıqlamasa da, "bir sözlə parad möhtəşəm olacaq" - deyə əlavə edib.Nazirlikdəki hərbi mənbələrdən isə bildiriblər ki, hərbi paradda Silahlı Qüvvələrin bütün növ qoşunları və hərbi texnikası nümayiş etdiriləcək.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib. Bakıda sonuncu hərbi parad 2011-ci il iyunun 26-da - Silahlı Qüvvələr Günü keçirilib. hərbi paradda Silahlı Qüvvələrin 6 min nəfərlik şəxsi heyəti, 400-ə qədər hərbi texnika və silah sistemləri, o cümlədən 50-yə yaxın modernləşdirilmiş hərbi döyüş texnikası, Azərbaycanda istehsal olunan və modernləşdirilən 60-a yaxın silah, 14 zirehli transportyor, 35 döyüş vertolyotu, 22 döyüş, 8 təlim-məşq təyyarəsi, 28 gəmi, kater və digər növlər nümayiş etdirilib.

O.M.