Xırdalanda sərnişin avtobusu yanıb

Xırdalanda sərnişin avtobusu yanıb

30 Aprel 2013 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 08:30 radələrində Xırdalan şəhərinin girişində yerləşən dairədə 135 saylı marşrutla hərəkət edən sərnişin avtobusu yanıb.APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 10 TE 775 dövlət nömrə nişanlı avtobusda alovlanma qeydə alınan kimi sərnişinlər dərhal düşürülüb, hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları, həmçinin təcili tibbi yardım gəlib.Qısa vaxt ərzində yanğın söndürülüb, hadisə nəticəsində xəsarət alan olmayıb.İlkin araşdırmalar zamanı müəyyən olunub ki, yanğına səbəb avtonəqliyyat vasitəsinin təkərlərinin alovlanması olub və sonradan alov avtobusun salonuna keçib.

O.M.