Atasına və əmisinə dözməyən gənc qız...

Atasına və əmisinə dözməyən gənc qız...

29 Aprel 2013 13:41
Bəyəndim (0) Bəyənmədim (0)
18 yaşlı Gəncə sakini özünü zəhərləmək istədi

Gəncə şəhərində 18 yaşlı qız özünü öldürmək məqsədi ilə xeyli dərman içib.Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər Şahsevənlər küçəsində yaşayan, 1995-ci il təvəllüdlü A. Nağıyeva ağır dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Aparılan müayinələr zamanı məlum olub ki, gənc qız özünü öldürmək məqsədi ilə xeyli sayda müxtəlif tərkibli dərmanlar içib. Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının apardıqları tədqiqat zamanı məlum olub ki, 18 yaşlı A. Nağıyeva atası və əmisi tərəfindən ona edilən təzyiqlərə əsəbiləşib və özünü öldürməyə cəhd edib.Hazırda qızın səhhətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

O.M.