Artıq polislər “Ferrari FF” sürəcək

Artıq polislər “Ferrari FF” sürəcək

29 Aprel 2013 13:35
Bəyəndim (0) Bəyənmədim (0)

Dubay polisi bundan sonra şəhər küçələrində öz xidmətini "Ferrari FF" idman maşınları ilə həyata keçirəcək.Ferrari avtomobilləri ilk növbədə Dubayın turist zonalarını mühafizə edən qadın polislər üçün alınıb."Ferrati FF" modeli 2011-ci ildən istehsal edilməyə başlanıb. Sürəti saatda 335 km olan avtomobil 3,7 saniyə içərisində 100 km/saat sürətini yığa bilir.Qeyd edək ki, bu il içərisində artıq Dubay polisinə "Lamborhini Aventador" idman avtomobilləri də verilib.

O.M.