Pulunu verən mahnını sifariş edər: bıçaqlanma

Pulunu verən mahnını sifariş edər: bıçaqlanma

29 Aprel 2013 13:32
Bəyəndim (0) Bəyənmədim (0)

Şamaxı rayonunda toyda mahnı sifarişi üstündə qan tökülüb. Hadisə Şamaxının Çöl göylər kəndində sünnət toyunda baş verib. Cəfərov Sərvan İlqar oğlu toyda mahnı sifariş verən Mikayılov Əlbaba Rəsul oğlunun mahnısını kəsib öz mahnı sifarişini verib. Nəticədə onların arasında münaqişə yaranıb. Bu zaman Sərvan Cəfərov Əlibaba Mikayılovu qarın nahiyəsindən bıçaqlayıb. Ə.Mikayılov ağır vəziyyətdə qardaşı Mehman Mikayılov tərəfindən dərhal Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırıb.
Xəstəxananın baş həkimi Ədalət Həmidovun anspress-ə verdiyi məlumata görə, xəstə daxil olarkən vəziyyəti ağır olub. "Xəstənin qarnının ön divarında bir ədəd daxilə keçən kəsilmiş deşilmiş yara aşkar edilib. Hal hazırda vəziyyəti sabit ağırdır".
Şamaxı Rayon Polis Şöbəsindən verilən məlumata görə, cinayəti törədən şəxs Sərvan Cəfərov hadisəni törətdikdən sonra Bakı şəhərinə qaçıb. Axtarışı istiqamətində tədbirlər görüldükdən sonra Bakı şəhərində tutularaq istintaqa təhvil verilib.

O.M.