Avtobus kabusu davam edir

Avtobus kabusu davam edir

29 Aprel 2013 11:52
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri ərazisində aprelin 28-də sərnişin avtobuslarının iştirakı ilə iki ağır yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi idarəsindən verilən məlumata görə, Zabrat dairəsində Mədətov Yusif Mədət oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil Şıxəli Hüsyenovun idarə etdiyi "Daewoo" markalı, 10 TF 271 nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü Y.Mədətov aldığı xəsarətlərdən ölüb.
Paytaxtın Nizami rayonunda isə sərnişin avtobusu piyadanı vurub. Qara Qarayev prospektində "Transgeyt" MMC-yə məxsus olan "Daewoo" markalı, 10 TE 608 nömrə nişanlı sərnişin avtobusu piyadanı vurub. 1969-cu il təvəllüdlü Laçın rayon sakini Turan Hüsyenovun idarə etdiyi avtobusun 1945-ci il təvəllüdlü Mirzəxan Sultanovu vurması nətəsində piyada hadisə yerindəcə keçinib.Hər iki fakt üzrə cinayət işi başlanılıb. Araşdırmalar aparılır.

O.M.