Paytaxtda əcnəbilər qəzaya uğradı

Paytaxtda əcnəbilər qəzaya uğradı

29 Aprel 2013 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Yasamal rayonu ərazisində ağır yol qəzası baş verib. Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, 1987-ci il təvəllüdlü Muradov Məzahir Mehman oğlunun idarə etdiyi "Toyota RAV 4" markalı, 99 BT 203 nömrə nişanlı avtomobil idarəetmədən çıxıb və ağaca çırpılıb. Nəticədə avtomobilin sürücüsü, eləcə də, sərnişinlər Rusiya vətəndaşları Vlast Tatyana Dimitriyevna, 1979-cu il təvəllüdlü Nikolaşin Aleksandr Vladimimiroviç və 1983-cü il təvəllüdlü Quliyev Elmar Xanlaroviç müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

O.M.