24 yaşlı gəncin ipi qırıldığından onun intiharı baş tutmadı

24 yaşlı gəncin ipi qırıldığından onun intiharı baş tutmadı

29 Aprel 2013 09:49
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatalada 24 yaşlı gənc intihara cəhd edib. Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə aprelin 28-də axşam saat 18:00 radələrində Zaqatala şəhəri, Azərbaycan prospekti-93 ünvanında qeydə alınıb.Zaqatala şəhər sakini, 1989-cu il təvəllüdlü Turac Telman oğlu Nağıyev hələ ki istintaqa məlum olmayan səbəbdən özünü yaşadığı evdə asıb. Lakin onun boynuna doladığı ip qırıldığından intihar cəhdi baş tutmayıb. Turac Nağıyev yaxınlarının köməyi ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Hazırda onun vəziyyətinin orta stabil olduğu bildirilir.Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

O.M.