Balakəndə kişi meyiti tapılıb

Balakəndə kişi meyiti tapılıb

29 Aprel 2013 09:48
Bəyəndim (0) Bəyənmədim (0)

Balakəndə gözətçi otağından kişi meyiti tapılıb. Balakən Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aprelin 28-i gecə saat 22.00 radələrində rayonun Katex kəndi ərazisindəki daş karxanasının gözətçi otağından üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti aşkar edilib.Araşdırma zamanı məlum olub ki, meyiti tapılan şəxs Balakən rayonu Katex kənd sakini, 1957-ci il təvəllüdlü Parabaşov Şamil Həybullah oğludur.Tibbi ekspertizanın rəyindən sonra Ş. Parabaşovun hansı şəraitdə öldüyü müəyyənləşəcək.Faktla bağlı Balakən rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

O.M.