Avtomobilin altında qaldı, ayağı ambutasiya olundu

Avtomobilin altında qaldı, ayağı ambutasiya olundu

29 Aprel 2013 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün axşam saatlarında Siyəzən şəhəri, M. Ə. Sabir küçəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 33 yaşlı Hüseynov Taleh Teyfur oğlu idarə etdiyi 10 KX 708 qeydiyyat nişanlı, "VAZ 21 06" markalı nəqliyyat vasitəsi ilə Siyəzən şəhər sakini, 60 yaşlı Rəfiqə Məmmədovanı vurub.Sürücü yaralını Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırıb. Bədənin müxtəlif nahiyələrindən ağır xəsarət alan R. Məmmədovanın əməliyyat olunması üçün paytaxtdan həkim briqadası gəlib. Xəstənin bir ayağı amputasiya olunub.Hadisəni törədən Taleh Hüseynov saxlanılıb.Siyəzən rayon Polis şöbəsindən verilən məlumata görə, qəza zamanı sürücü sərxoş olub.Faktla bağlı araşdırmalar davam etdirilir.

O.M.