Avtomobil dərəyə yuvarlandı

Avtomobil dərəyə yuvarlandı

27 Aprel 2013 13:40
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xızı rayonu, Tıxlı kəndində "Shacman" markalı yük avtomobili dərəyə yuvarlanıb.
Oxumeni.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata gorə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü yaralı halda, sərnişini 1989-cu il təvəllüdlü Kərimov Orxan Eldar oğlu isə hadisə yerində aldığı ağır bədən xəsarətlərindən ölüb, deformasiyaya uğrayıb nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər sürücü və O.Kərimovun meyitini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:20-də başa çatıb.

O.M.