Sabah başımızın üstünü bulud alacaq

Sabah başımızın üstünü bulud alacaq

27 Aprel 2013 13:06
Bəyəndim (0) Bəyənmədim (0)
Yağış yağmayacaq...

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək, havanın temperaturunun gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 27 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 24-29, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

O.M.