YENİLƏNİB: Ramanıda iki yaxın dostun asılmış meyiti tapıldı

YENİLƏNİB: Ramanıda iki yaxın dostun asılmış meyiti tapıldı

27 Aprel 2013 12:52
Bəyəndim (0) Bəyənmədim (0)
Bakıda dəhşətli intihar hadisəsi baş verib

Bu gün Bakıda baş vermiş dəhşətli hadisənin təfərrüatları məlum olub. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, aprelin 26-da Ramanı qəsəbəsi, Şuşa şəhərciyində yaşayan 2 gənc oğlanın itkin düşməsi barədə 12-ci Polis Bölməsinə məlumat daxil olub. Əli və Ruslan adlı bu gənclərin axtarışını başlanılıb. Bu gün isə səhər saatlarında şəhərcikdə yeni tikilməkdə olan evlərdən birində onların hər ikisinin meyiti tapılıb. Səhər saatlarında həmin tikilidə işləməyə gələn ustalar asılı vəziyyətdə iki meyit aşkarlayıblar və dərhal polisə məlumat veriblər. İlkin baxış nəticəsində meyiti tapılan gənclərin dünən itkin düşmüş 18 yaşlı Əli və Ruslan olması məlum olub. İki gənc yaşadıqları evdən bir qədər aralıdakı yarımtikilidə intihar edib.
Məlumata görə, intihar etmiş gənclər möhkəm dost olublar.Hazırda hadisə yerində araşdırmalar davam etdirilir.

***

Bakıda dəhşətli intihar hadisəsi baş verib.Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün Ramanı qəsəbəsi, Şuşa şəhərciyində qeydə alınıb. Şəhərcikdə yerləşən evlərdən birində iki azyaşlı uşağın asılmış meyiti tapılıb. Onların adları açıqlanmır. Hadisə yerinə Sabunçu Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.

O.M.