Qusarda 21 yaşlı gənc dəm qazından zəhərlənib

Qusarda 21 yaşlı gənc dəm qazından zəhərlənib

27 Aprel 2013 10:48
Bəyəndim (0) Bəyənmədim (0)
Ötən gün  axşam saatlarında Qusar rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonunun Çiləgir kəndinə qonaq gələn 1992-ci il təvəllüdlü Beyləqan rayon sakini Kərimov Elçin Kamil oğlu hamamda çimərkən dəm qazından zəhərlənib. O, Qusar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyətinin ağır-stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. O.M.