Ən gənc "Oskar"lı öldü

Ən gənc "Oskar"lı öldü

5 May 2011 13:56
1 295
Bəyəndim (0) Bəyənmədim (0)


"Oskar" tarixinə ən gənc namizəd olaraq adını yazdıran Ceyk Kuper 88 yaşında öldü. Amerika filmlərinin uşaq ulduzu Ceyk həkimlərin adını açıqlamadığı xəstəlikdən dünən Los-Ancelesdə keçindi. Həyatında 3 dəfə evlənən və 4 uşağa sahib olan aktyor 1931-ci ildə "ən yaxşı aktyor" kimi "Oskar"a layiq görülmüşdü. "Skippy" filmi ilə adından bəhs etdirən Ceykin bu rekordunu hələ ki yeniləyən tapılmayıb. "Our Gang" adlı 1930-cu illərdə nümayiş olunan silsilə filmlərlə də şöhrət qazandıran Kuper aktyor və rejissor olaraq uğurlu bir karyeraya sahib idi. O, 'Süperman' filmində "The Daily Planet" qəzetinin redaktoru olaraq rol almışdı. Kuperin rejissorluq karyerasında aralarında "Magnum PI" və 1974-cü ildə "Emmy" mükafatı alan "M * A * S * H" kimi televiziya şouları da var. Mərhum 1979-cu ildə rejissorluğunu etdiyi "The White Shadow" ilə ikinci dəfə "Emmy" qazanmışdı.


Ən gənc və eyni zamanda qoca olan "Oskar" mükafatçısına Tanrıdan rəhmət diləyirik.

Günel Həbib

O.M.