53 saylı orta məktəbdə TQDK nümayəndələrini döyüblər?!

53 saylı orta məktəbdə TQDK nümayəndələrini döyüblər?!

26 Aprel 2013 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 26-da bir çox saytda Bakının Yasamal rayonundakı 53 saylı orta məktəbdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası nümayəndəsi ilə şagirdlər arasında insident yaşandığı barədə məlumat yayılıb. Məlumata görə, TQDK nümayəndəsi 11-ci sinif şagirdindən hicabını açmağı tələb edib və buna etiraz edən şagirdlər onu döyüblər.

"Media forum" saytı 53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova ilə əlaqə saxlayaraq məlumata aydınlıq gətirməsini istəyib. Direktor deyib: "Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndəsi Vüqar Heydərov aprelin 25-də məktəbdə monitorinq aparıb. Heç bir xoşagəlməz hadisə baş verməyib. Monitorinq əmin-amanlıqla keçib".

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elnur Nağızadə isə "Modern.az"a bildirib ki, XI sinif şagirdləri monitorinq imtahanlarının gedişinə mane olmaq üçün kobudluq və intizamsızlıq ediblər: "İmtahan rəhbəri isə sərt reaksiya göstərib və şagirdlər bunu təkrar kobudluqla qarşılayıb"

O.M.